Dünən şəhid olan zabit dəfn edildi

 12:03 08.04.2024     3845

Ötən ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu il aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu Salyanda dəfn edilib.

Redaktor.az xəbər verir ki, dəfndən öncə şəhidin üçrəngli bayrağa bükülmüş tabutu doğulduğu evə gətirilib.

Vida mərasimində şəhidin ruhuna dualar oxunub. Sonra onun nəşi Salyan Şəhidlər xiyabanına aparılaraq torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.