Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO

 11:37 26.04.2024     1054

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair təntənəli mərasim keçirilib.

Redaktor.az xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev, Türkiyə Milli Müdafiə Nazirliyi Quru Qoşunlarının Baş Qərargah rəisi Levent Ergün, Rusiya Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müavini Sergey İstrakov, həmçinin Rusiya və Türkiyənin Azərbaycandakı səfirləri, Rusiya Sülhməramlı Kontingentinin rəisi iştirak ediblər.

Mərasim hər üç ölkənin dövlət himninin ifası ilə başlayıb. Daha sonra Türkiyə ilə Rusiyanın dövlətin bayraqları endirilərək fəxri qaravulun müşayiəti ilə sıra meydanına gətirilib.