Hərbçilərimiz Türkiyədə təlimə başladı
Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES - 2024” çoxmillətli təlim keçirilir.
Müdafiə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.
“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.