Minaya düşən hərbçimizin kimliyi bilindi - YENİLƏNİB

 14:03 29.04.2024     1400

Qazaxda minaya düşən DSX əməkdaşının kimliyi açıqlanıb. 

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılovun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.

***

Qazax rayonunda mina hadisəsi baş verib.

Redaktor.az bildirir ki, "unikal"ın əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı rayon ərazisində minaya düşüb.

O, xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.