Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb OLUNDU

 19:00 01.05.2024     950

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın istismar qaydalarını öyrətməkdir.