Səfərbərlik Xidməti həkim və tibb işçiləri axtarır - VAKANSİYALAR

 14:43 04.05.2024     566

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə aşağıdakı vakansiyalar üzrə həkim mütəxəssislər və tibb işçiləri dəvət olunur.

Redaktor.az vakansiyaları təqdim edir:

  • Həkim-terapevt

  • Həkim-nevropatoloq

  • Həkim-psixiatr

  • Həkim-otorinolarinqoloq

  • Həkim-dermatoveneroloq

  • Həkim-cərrah

  • Həkim-oftalmoloq

  • Həkim-rentgenoloq və texnik

  • USM (ultrason müayinəsi) mütəxəssisi

  • Elektrokardioqrafiya

  • Exokardioqrafiya

  • Elektroensefaloqrafiya-funksional diaqnostika

Vakansiyalar üzrə müraciət etmək istəyənlər [email protected] elektron poçtuna yaza və ya anketi doldura bilərlər (https://exidmet.seferberlik.gov.az/UnregisteredApplication/Create). Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin FİN kodunu yazmaq mütləqdir. Ətraflı məlumat üçün Çağrı Mərkəzinə zəng vura bilərsiniz – 9100.