Sülhməramlılar Qarabağda sülh üçün səylərini əsirgəməyib - Kərim Vəliyev
“Bu gün, bu əlamətdar gündə xatırlatmaq istərdim ki, 3 ildən artıq müddət əvvəl baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə ölkəmizin tam qələbəsi və ərazi bütövlüyünün bərpa edilməsi ilə sona çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanat nəticəsində atəşkəsə nail olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Missiya müddətində sülhməramlı kontingent üzərinə düşən tapşırıq və vəzifələri yerinə yetirmiş, Qarabağ
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş Qərargah rəisi Kərim Vəliyev Xocalıda mərasim zamanı bildirib.
“Qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri keçirilmişdir. Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı.
Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi tərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentinin missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edildi.
Bugünkü tədbir Sizin sülhməramlı missiyanızın başa çatmasına həsr olunub. Bu münasibətlə Sizi təbrik edir, Qarabağ iqtisadi rayonunda sülhün və sabitliyin rifahı naminə cəsarətli xidmətinizə görə minnətdarlığımı bildirirəm. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!”, - o qeyd edib.