Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə TƏYİN EDİLDİ

 11:56 18.05.2024     1529

Xəbər verdiyimiz kimi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

Redaktor.az-ın “unikal”a istinadən məlumatına görə, Hərbi Hava Qüvvələrinə yeni komandan general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.

Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Namiq İslamzadəyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.