Azərbaycanda hərbi kolleclər yaradıldı - QƏRAR

 17:38 23.05.2024     1170

Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərarla Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki həmin xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.