Mühəndis bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilidi

 11:32 25.05.2024     431

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilib.

Nazirlikdən Redaktor.az-a verilən xəbərə görə, məşğələlərə cəlb edilən şəxsi heyət mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra ediblər.

Mühəndis təminatı tapşırıqlarını yerinə yetirən hərbi qulluqçularla keçirilən məşğələlərdə əsas məqsəd onların peşəkarlıq səviyyəsinin artırılması, silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.