Ordumuzun hərbçisi faciəli şəkildə vəfat etdi

 16:33 27.05.2024     1112

"Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlunun Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!"

Vumart və Güvən reklamı Vumart Güvən