Müdafiə naziri generalı buna görə işdən çıxardı - YENİLƏNİB

 14:27 29.05.2024     1179

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

***

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firuddin Nəbiyev istefaya göndərilib.

Redaktor.az xəbər verir ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.

Vumart və Güvən reklamı Vumart Güvən