Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli həmkarı ilə görüşdü

 19:49 29.05.2024     351

“EFES - 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hərbi və hərbi-texniki əməkdaşlığn cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.