Hərbçilərdən rüşvət alan komandir SAXLANILDI

 14:16 03.06.2024     695

Azərbaycanda N saylı hərbi hissənin bölük komandiri həbs edilib.

Redaktor.az xəbər verir ki, kapitan Ağamali Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib (qafqazinfo) .