Hərbi kolleclərə sənəd qəbulunun müddəti uzadıldı
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi kolleclərə sənəd qəbulunun vaxtı 14 iyun 2024-cü il tarixədək uzadılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənəd qəbulu Cəmşid Naxçıvanski adına Hərbi Liseydə həyata keçirilir.