İtkin düşən hərbçimiz Ermənistanda həbs olunub?

 10:36 10.06.2024     983

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Redaktor.az xəbər verir ki, erməni mətbuatı itkin düşən hərbçimizlə bağlı bir sıra iddialar irəli sürüb.

Bildirilir ki, hərbçimiz Ermənistan sərhədini keçib və saxlanılıb. Məlumatı ermənilərin teleqram kanalları da yayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.