Nəşi tapılan əsgər bu rayonda dəfn ediləcək

 18:14 11.06.2024     410

Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubad rayonunda dəfn ediləcək.

Redaktor.az xəbər verir ki, iyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun əsgəri Ceyhun Tofiq oğlu Hüseynov bu gün Ordubad rayonunun Gənzə kəndində dəfn olunacaq.

Hazırda həlak olan əsgərimizin nəşi doğulduğu Gənzə kəndinə aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən