Rusiya sülhməramlıları Azərbaycan ərazisini tam tərk etdi - RƏSMİ

 15:48 12.06.2024     640

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.