"Bölmələrimizin atəşə tutulması Ermənistan üçün acı nəticələrə gətirib çıxara bilər" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Bir müddət Azərbaycan-Ermənistan təmas xəttində sabitlik hökm sürdüyü halda, yenidən atəşkəs rejiminin pozulmasında qarşı tərəfin məqsədi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Ermənistan bir yandan sülh sazişinin imzalanmasından bəhs edir, digər tərəfdən Naxçıvanı üç istiqamətdən atəşə tutur.
“Bu, Ermənistan üçün acı nəticələrə gətirib çıxara bilər. Xatırlatmaq istəyirəm ki, Şuşa Bəyannaməsi 1921-ci ildə imzalanan Qars müqaviləsinə istinad edir. Görünür, qarşı tərəfdə bəziləri bunu diqqətdən qaçırır. Şuşa Bəyannaməsinin üçüncü il dönümünün qeyd olunduğu ərəfələrdə atəşkəsin pozulması Ermənistan tərəfinin müharibədən əvvəlki fəaliyyətlər prizmasına qayıdışına işarə edir. O vaxtlarda da Azərbaycan üçün əlamətdar günlərdə atəşkəs pozulardı və bizim bayramları könül xoşluğu ilə keçirməyimizə maneə olardı. Lakin indi bölgədə qüvvələr nisbəti tamamilə fərqlidir. “Fəraristan” tərəfindən belə bir addımların atılması bu ölkə üçün çox ağrılı nəticələrə gətirib çıxara bilər. Ermənistanın Naxçıvana gedən yolumuzu açmaq əvəzinə Azərbaycan əsgərinin həyat və sağlamlığına təhdid yaratmaq məqsədi varsa, Azərbaycan istənilən ssenariyə layiqincə, lazımınca cavab verməyə hazırdır. Bəxtlərini bir daha sınamaq istəyirsə, qoy etsin. Biz onlara bu işdə maneə olmayacağıq”, - ekspert dedi.
Yusif SƏMƏDZADƏ