ABŞ Komandanlığı Azərbaycan Ordusunu təbrik etdi

 23:42 26.06.2024     261

ABŞ ordusunun Avropa Komandanlığı Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə komandanlığın “X” hesabında paylaşım edilib.

“Silahlı Qüvvələr Gününüz mübarək, Azərbaycan! Ordunuzun regional sabitliyə və güclü tərəfdaşlığımıza verdiyi töhfələri alqışlayırıq”, - paylaşımda deyilir.