Belarus prezidenti polkovnik Cəlil Xəlilovu təltif etdi

 14:00 29.06.2024     763

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Belarus prezidenti Aleksandr Lukaşenko adından təltif edilib. 

Redaktor.az xəbər verirki, təntənəli təltifetmə mərasimində Belarusun faşizm işğalından azad edilməsinin 80 illik yubiley medalı Belarusun  ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviç tərəfindən polkovnik Cəlil Xəlilova təqdim edilib. Polkovnik Belarus və Azərbaycan arasındakı tarixi dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə, o cümlədən faşizmə qarşı mübarizə aparan qəhrəmanların təbliğindəki çoxillik və səmərəli xidmətlərinə görə bu medala layiq görülüb.

Onu da qeyd edək ki, polkovnik Cəlil Xəlilov cari ilin 3 iyul tarixində Belarusda  keçiriləcək beynəlxalq konfransda iştirak edəcək, İkinci Dünya müahribəsində Belarusun faist işğalından azad edilməsində azərbaycanlıların rolu haqqında bu ölkədə silsilə görüşlər keçirəcək, Belarus ictimaiyyətinə ətraflı məlumat verəcək.