Məşhur general işdən çıxarıldı - Yerinə Vətən Müharibəsi Qəhrəmanı gətirildi

 09:13 06.07.2024     521

Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.

Qeyd edək ki, general Kənan Seyidov Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini-Qərargah rəisi vəzifələrində işləyib. Vətən müharibəsindəki iştirakına görə, müxtəlif orden və medallarla o cümlədən, Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif edilib.

Kərəm Mustafayev manset.az-a açıqlamasında məlumatı təsdiq edib.