Ermənistan-Azərbaycan genişmiqyaslı müharibəsi gözlənilmir - AGENTLİK

 11:54 27.07.2024     420

“Fitch Ratings” beynəlxalq agentliyi Ermənistan və Azərbaycan arasında münaqişənin genişmiqyaslı eskalasiyasını gözləmir ki, bu da iki ölkənin iqtisadi inkişafı ilə bağlı proqnozlarında əksini tapıb.

Redaktor.az xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib.

Lakin ekspertlər Azərbaycanın Zəngəzur dəhlizi və Ermənistan Konstitusiyasına düzəlişlərlə bağlı tələblərini nəzərə alaraq, sülh sazişinin əldə edilməsinin çətin olacağını düşünürlər.

Fitch-in ermənistanla bağlı hesabatında həmçinin qeyd olunur ki, Rusiya ilə siyasi münasibətlərin pisləşməsinə baxmayaraq, ölkələr arasında iqtisadi əlaqələr güclü olaraq qalır və Ermənistanın Rusiyadan enerji asılılığı “çox yüksəkdir”.

Bundan əvvəl Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanı yeni müharibəyə hazırlaşmaq cəhdində ittiham edib və “sərhəddə təxribatlara son qoymağa” çağırıb.