"Azərbaycanın qlobal siyasi gücə çevrilməsi müəyyən dairələri narahat edir"- AÇIQLAMA

 17:37 12.08.2024     646

Xəbər verildiyi kimi, “Iran International” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi guya İsrailin öz həbrçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıb. 

Bu cür dezinformasiyaların yayılmasına səbəb nədir və kimlər tərəfindən həyata keçirilir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, heç vaxt hansısa ölkənin Azərbaycan ərazisində hərbi mövcudluğuna şərait yaradılmayıb.

"Azərbaycan heç vaxt hansısa ölkənin Azərbaycan ərazisində hərbi mövcudluğuna şərait yaratmayıb və bunun üçün də heç bir imkan tanımayıb. Bu günə qədər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi, regionda davranışı sabit və stabil olub. Həmişə ölkəmiz çox aydın və dəqiq bir siyasi xətt həyata keçirib. Müxtəlif dövrlərdə Azərbaycanın adını hansısa hərbi birləşmələrin Azərbaycan ərazisində mövcud olmağı ilə bağlı hallandıranlar qəsdən ölkəmizə qarşı fəaliyyət göstərən bəlli düşmən dairələrdir. Bu tip yalan məlumatları yaymaqla COP-29 öncəsində Azərbaycana qarşı informasiya terrorunu və dezinformasiya hücumlarını gücləndirməyə çalışırlar. Bunlar tamamilə absurd, əsassız iddialardır və reallığı əks etdirmir. Təəssüflər olsun ki, bəzən özlərini media adı altında maskalayan müxtəlif təxribat qrupları və qüvvələri Azərbaycana qarşı bu təhlükəli tendensiyalardan və oyunlardan istifadə etməyə çalışırlar".

Siyasi şərhçi vurğuladı ki, Azərbaycanın qlobal siyasi gücə çevrilməsi müəyyən bəlli dairələri narahat edir.

"Azərbaycan bu günə qədər öz ərazisində hansısa bir yad ölkənin hərbi mövcudluğuna imkan verməyib. Sadəcə olaraq 10 noyabr bəyanatına görə, bəlli bir müddət rus sülhməramlıları müvəqqəti Qarabağda var idi. Daha sonra da ölkəmizin uğurlu siyasəti nəticəsində sülhməramlılar da Azərbaycan ərazisini tərk edib. Bu cür məlumatların təxribat və informasiya terroru formasında davam etməsi onu göstərir ki, bu gün Azərbaycanın qlobal siyasi gücə çevrilməsi müəyyən bəlli dairələri narahat edir və onlar bu prosesdə Azərbaycana qarşı uydurma böhtanlardan istifadə etməyə çalışırlar. Amma təbii ki, bu bəlli qruplar və qüvvələr də belə çirkin təxribat niyyətlərinə heç vaxt nail ola bilməyəcəklər", - deyə Tural İsmayılov vurğuladı.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi cəmiyyəti yalnız rəsmiləşdirilən məlumatlara inanmağa, istehsal, ictimai fəaliyyətlərə qarşı hər zaman prinsipiallıq kimi hallara qarşı çıxarmağa, saxta və yalan məlumat əsaslı kampaniyaları bir şəraitdə sayıq olmağa çağırıb.

Türkan İSGƏNDƏRLİ