Veteranlarla yazıçıların görüşü keçirildi - FOTO

 15:44 13.08.2024     555

Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub

Redaktor.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilatın Rəyasət Heyətinin üzvləri ilə Azərbaycan Yazıçılar Birliyinin bir qrup nümayəndəsi arasında görüş keçirilib. 

Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov cəmiyyətimizdə vətənprəvərlik tərbiyəsinin gücləndirilməsinin önəminə toxunub. O, qeyd edib ki, görüşün keçirilməsində əsas məqsəd Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Yazıçılar Birliyi arasında bu səpkidə birgə əməkdaşlıq həyata keçirmək, ortaq layihələr reallaşdırmaqdır.

Tədbirdə çıxış edən yazıçı-publisist, Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev vətənpərvərlik tərbiyəsinin təbliği istiqamətində birgə əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. O, qeyd edib ki, veteranlarla yazıçıların ortaq iş birliyi Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu daha da inkişf etdirə bilər ki, bu da milli maraqlarımızın etibarlı şəkildə müdafiəsi, gənclərin öz milli-mənəvi dəyərlərinə bağlı şəkildə yetişdirilməsi baxımından olduqca vacibdir.

Görüşdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı  Sayman Aruz,  ədəbi tənqidçi, şair Əsəd Cahangir, Türk Yazarlar Birliyinin başqanı, şair-publisist Əkbər Qoşalı, yazıçı-publisist Aida Eyvazlı, şair-publisist Nuranə Nur, yazıçı-publisist Güləmail Murad, AZTV-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli, xanəndə Arif Mehmandost, ehtiyatda olan polkovnik Fərhad Süleymanov və başqaları çıxış edərək maraqlı təkliflər səsləndiriblər.

Sonda irəli sürülən təkliflərin dəyərləndirilməsi və yaxın gələcəkdə də oxşar görüşlərin keçirilməsi qərara alınıb.

22222222