İşdən çıxarılan polkovnik yüksək vəzifəyə təyin EDİLDİ

 20:39 14.08.2024     1170

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsindən bu yaxınlarda azad edilmiş polkovnik Nəriman Cabbarova yenidən yüksək vəzifə verilib.

Redaktor.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polkovnik Nəriman Cabbarov Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, polkovnik Cabbarov hazırda həbsdə olan general-mayor Nizami Məmmədovdan sonra MN-nin Maliyyə və Büdcə İdarəsinin rəisi işləyib.