Dövlət Agentliyi zabit və gizirlərin həqiqi hərbi xidmətinə qəbul ELAN ETDİ

 15:36 21.08.2024     1123

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə zabit və gizir vəzifələrinə könüllü daxil olmaq arzusunda olan informasiya texnologiyaları, avtopark və hüquq sahələri üzrə ixtisası üzrə ali təhsilli ən azı 3 il təcrübəyə malik olan namizədlərin qəbuluna başlanılır.

Bu barədə Redaktor.az-a agentlikdən bildirilib.

Hərbi mükəlləfiyyətli qanunla müəyyənləşdirilmiş müddətdə xidmətini başa vurmuş, 35 yaşınadək şəxslər (qadınlar istisna olmaqla) avqustun 26-dan sentyabrın 6-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müraciət etmiş şəxslər qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq tibb müəssisəsinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər Agentliyə qəbul edilir.

Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:

- şəxsiyyət vəsiqəsinin əsli və surəti.

- hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti.

- bitirdiyi təhsil müəssisəsi haqqında sənəd və onun surəti.

- xidmət dövründə keçdiyi vəzifələr haqqında məlumat.

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsi  ( Bakı şəhəri Qaradağ rayonu Səlyan şösesi 45. Ümüd qəsəbəsinin yanı )

Tel: (012)435-32-71

Müraciət etmə vaxtı: 2024-cü il avqustun 26-dan sentyabrın 6-dək  təyin olunmuş günlər (bazar ertəsindən cümə gününədək digər günləri istisna olmaqla) saat 15.00-dan 18.00-dək.

Qeyd: Həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) və “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş (ailə üzvləri daxil olmaqla) şəxslər qəbul üçün müraciət etməmələri xahiş olunur.