Gürcüstanda hərbçilərin komanda təlimi başladı

 19:01 23.09.2024     76

Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Bu barədə Redaktor.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə müxtəlif tapşırıqları yerinə yetirəcəklər.

İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim sentyabrın 27-dək davam edəcək.