Azərbaycan İspaniya ilə birlikdə top istehsal etdi - FOTO

Azərbaycan İspaniya ilə birlikdə top istehsal edib.
Redaktor.az xəbər verir ki, top ilk dəfə Bakıda keçirilən ADEX sərgisində nümayiş etdirilib.
"Guardian 30" adlanan top silahının 30 mm çapı var. 2024-cü il istehsalı olan top bir neçə dəfə sınaqdan keçirilib.
Çəkisi 3 ton olan top 8-13 km məsafədəki hədəfi zərərsizləşdirə bilir. Birgə istehsal olunan topun BTR üzərinə yerləşdirilməsi mümkündür.
