"Azərbaycanın təcrübəsini öyrənirik" - Pavel Muraveyko

 11:44 25.09.2024     312

"Azərbaycanla humanitar minatəmizləmə, hərbi kadrların hazırlanması, hava hücumundan müdafiə, yaylım atəşi sistemlərindən istifadə və digər sahələrdə təcrübəmizi bölüşməyə hazırıq".

Redaktor.az xəbər verir ki, bunu apa.az-a açıqlamasında Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko deyib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycanın münaqişələrin həlli istiqamətindəki təcrübəsini öyrənir: "Belarusla Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycanın istər hərbi sahədə quruculuq, istərsə də müasir hərbi texnikanın mənimsənilməsi, istərsə də münaqişənin həlli istiqamətindəki təcrübəsini böyük məmnuniyyətlə öyrənirik. Öz tərəfimizdən Azərbaycanla humanitar minatəmizləmə, hərbi kadrların hazırlanması, hava hücumundan müdafiə, yaylım atəşi sistemlərindən istifadə və digər sahələrdə təcrübəmizi bölüşməyə hazırıq. Bizim bu sahədə əlaqələrimizin inkişafında təkcə hərbi strukturlar deyil, dövlət başçıları arasında mövcud olan uzunmüddətli dostluq münasibətləri də mühüm rol oynayır. Bu dostluq münasibətləri irəli addımlamağa imkan verir. Azərbaycanlı hərbçilərin Belarus ərazisində hazırlığı, eləcə də humanitar minatəmizləmə fəaliyyətinə dəstək istiqamətində əməkdaşlığı davam etdirəcəyik".