İstifadəyə yararsız döyüş sursatları məhv EDİLƏCƏK

 15:29 13.10.2024     454

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi prosesi davam etdirilir.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən döyüş sursatlarının məhv edilməsi prosesi 14.10.2024-cü il tarixindən 18.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək", - məlumatda vurğulanıb.