XTQ komandanı general-mayor oldu

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı Ələkbər Cahangirova general-mayor ali hərbi rütbəsi verilib.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirovun rütbəsi artırılaraq general-mayor olub.
Qeyd edək ki, Ələkbər Cahangirov Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Komandanıdır. O, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır.