“AZIREX-2024” təlimində iştirak edən hərbçilərimiz Vətənə QAYITDI

Xəzər dənizinin İrana mənsub hissəsində keçirilən “AZIREX-2024” birgə taktiki təlimində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup şəxsi heyəti və gəmisi Vətənə qayıdıb.
Bu barədə redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.
Təlimdə fərqlənmiş bir qrup hərbi dənizçi fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, "Dənizdə axtarış-xilasetmə" birgə taktiki təliminə Azərbaycan HDQ-nin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb.