"Müharibə iştirakçıları arasında dərəcələndirmə olsun” - Millət vəkilindən TƏKLİF

 11:15 27.11.2024     845

“Bu gün Azərbaycan şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət göstərən azsaylı ölkələrdəndir”.

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O, müharibə iştirakçıları arasında dərəcələndirilmənin olmasını təklif edib:

“Bu gün müharibə iştirakçılarına ayrılan vəsait çox müzakirə olunan mövzudur. Təklif edirəm ki, müharibə iştirakçıları arasında dərəcələndirilmə olsun. Yəni az iştirak edən və uzunmüddət iştirak edənlər arasında fərq olsun. Dəfnə ayrılan vəsaitin elektronlaşdırılması da məqsədəuyğun olar ki, işlər daha tez həyata keçsin”.

Türkan İSGƏNDƏRLİ