Sərhədçilərimiz “Vətəndaş A” serialının dronunu vurub? - RƏSMİ
Xəbər verdildiyi kimi, İctimai TV-də yayımlanan “Vətəndaş A” serialının rejissoru açıqlamasında Daşkəsən rayonunda aparılan çəkilişlər zamanı istifadə etdikləri dronun Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən vurulduğunu deyib.
Redaktor.az xəbər verir ki, DSX-nin Mətbuat Mərkəzindən “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirilib ki, “Vətəndaş A” serialının çəkilişi zamanı istifadə olunan dronun sərhədçilər tərəfindən vurulması həqiqəti əks etdirmir.
Xatırladaq ki, rejissor Elvin Rüstəmzadə dronun havaya qaldırılması üçün icazə alınmadığı səbəbindən vurulduğunu deyib. Serialın prodüseri Sevinc Əliyeva isə dünənki açıqlamasında çəkilişlər zamanı heç bir dronun Dövlət Sərhəd Xidməti tərəfindən vurulmadığını bildirib.