"Uşaqlar bir il, il yarım atasını görmür" - Deputat əsgərlik yaşından DANIŞDI
"Çox bahalı qiymətə alınan texnikanı hərbi çağırışçıya əmanət etmək düzgün deyil. Yaşın 30-a salınması təqdirəlayiqdir. 35 və yuxarı yaşlılar könüllü şəkildə xidmət edə bilərlər".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib:
"Təbii ki, gənclə yaşlı adam arasında bir az fərq var. Keçmişdə bizdə belə idi ki, 2 uşağı olanlar hərbi xidmətə çağırılmırdı.İndi isə bu 3-ə qaldırılıb. Düşünürəm ki, bu məsələyə baxılmalıdır. Uşaqlar bir il, il yarım atasını görmür. Buna görə yenidən müzakirəyə qoyula bilər".
Türkan İSGƏNDƏRLİ