Müdafiə Nazirliyi Goranboydakı partlayışlarla bağlı məlumat yaydı - Təşvişə düşməyin!

Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.
Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.
Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək.