Rusiya azərbaycanlı generalı Bakıya nümayəndə təyin ETDİ

Dağıstanın Bakıdakı nümayəndəliyinə yeni rəhbər təyin edilib.
Redaktor.az xəbər verir ki, bu barədə qərarı Dağıstanın rəhbəri Sergey Məlikov imzalayıb.
Qərara əsasən, Rusiya Qvardiyasının general-mayoru Əliyar Tanrıverdi oğlu Abdullayev respublikanın Bakı üzrə nümayəndəliyinə rəhbərlik edəcək.
Abdullayev Rusiya Milli Qvardiyasının Volqa dairəsi komandirinin müavini vəzifəsində çalışıb. Onun etnik azərbaycanlı olduğu bildirilir.