Gürcüstanda Azərbaycanın da iştirak etdiyi təlim keçiriləcək

 17:10 17.01.2025     80

Gürcüstanda aprelin 28-dən mayın 8-dək Tbilisi yaxınlığındakı Krtsanisidəki Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) ərazisində NATO ölkələrinin iştirakı ilə komanda-qərargah təlimləri keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın Gürcüstandakı səfirliyi məlumat yayıb .

Bildirilir ki, təlimin məqsədi birgə təlim və qiymətləndirmə mərkəzinin imkanlarını nümayiş etdirmək və əsasən gürcü və qismən beynəlxalq hərbi qulluqçulardan ibarət briqadanın sınaqdan keçirilməsidir. İştirakı Azərbaycan, Albaniya, Bolqarıstan, Fransa, Polşa, Slovakiya, Almaniya, Yunanıstan, Macarıstan, Türkiyə və ABŞ təsdiqləyib. Ermənistan müşahidəçi qismində təmsil olunacaq.

Bundan əvvəl Gürcüstan NATO Hərbi Komitəsinin rəhbəri Rob Baueri mükafatlandırıb. Gürcüstan Müdafiə Qüvvələrinin rəhbəri Giorgi Matiaşvili ona respublika ilə NATO arasında hərbi əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.

Bənövşə HƏSƏN