Hərbçimiz vəfat ETDİ

 14:50 24.02.2025     120

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. 

Redaktor.az-ın məlumatına görə Müdafiə Nazirliyindən bildirilib ki, Maqbet Xətai oğlu Məcidova ilkin olaraq ildırımsürətli vaskulit diaqnozu qoyulub və o, həmin xəstəlikdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.  

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

M.Məcidov 2020-ci ildə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasını, 2024-cü ildə isə Mədəniyyət və İncəsənət Universitetini bitiribmiş.

O bu ilin yanvarında hərbi xidmətə yollanıbmış.

Allah rəhmət eləsin! (Qafqazinfo).