Türkiyə bu il yeni tank ALACAQ

 10:29 26.02.2025     81

Türkiyədə hazırlanan yeni “Altay” tankı bu il ölkə ordusunun xidmətinə girəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Departamentinin rəhbəri Haluk Gergün məlumat verib.

“Bu il söz verdiyimiz kimi, ilk istehsal tanklarımızı qəhrəman ordumuza təhvil verəcəyik. Hazırkı planlarımıza avqust ayında zavodumuzun açılması və bütün zirehli texnikalarımızın istehsalı prosesinin başlanması və davam etdirilməsi daxildir", - o qeyd edib.

Gergün qeyd edib ki, 2026-cı ildə 11 tank orduya, qalan "Altay T1" isə sonrakı illərdə göndəriləcək. Onun sözlərinə görə, 2028-ci ilə qədər Türkiyə ordusunun arsenalında 165 Altay tankı olacaq.

Türkan İSGƏNDƏRLİ