ABŞ hipersonik raketlər ALACAQ

 11:38 27.02.2025     102

ABŞ ordusu ilk hipersəs mərmilərini 2025-ci maliyyə ilinin sonuna qədər alacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Defense News" məlumat yayıb .

İlk hipersəs mərmilərinin ordu hissələrinə təhvil verilməsi 2023-cü ilə planlaşdırılırdı, lakin sınaq meydançasında mərmi ilə bağlı deyil, raketin buraxılış üçün hazırlanması prosesi ilə bağlı problemlərə görə dəfələrlə təxirə salınıb.

Birləşmiş Ştatlar hipersonik raketlərə qarşı imkanlar yaratmaq və müdafiə sistemlərini inkişaf etdirmək yarışına girir. Çin və Rusiya fəal şəkildə hipersəs silahları hazırlayır və sınaqdan keçirirlər.

Türkan İSGƏNDƏRLİ