Ermənistan ordusu Azərbaycanla sərhəddə təxribat TÖRƏTDİ

Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi ilə üzbəüz ərazilərdə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən yanğın törədilib.
Redaktor.az globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistan tərəfinin sərhəddə törətdiyi yanğın hadisəsi ərazidəki texniki-müşahidə vasitələri tərəfindən qeydə alınıb.
Ekologiyanın mühafizəsi və yanğının geniş ərazini əhatə etməməsi məqsədilə əraziyə cəlb edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib.