General-leytenant təqaüdə GÖNDƏRİLDİ

 18:45 11.03.2025     100

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov vəzifədən azad edilib.

Redaktor.az ajans.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, 58 yaşlı general-leytenant təqaüdə göndərilib.