ABŞ Almaniyadakı hərbi texnikasını Ermənistandakı poliqona köçürəcək

ABŞ ordusu Almaniyadakı bazalarından Ermənistandakı poliqonlara yüzlərlə texnika və maşın köçürməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə RT Amerika hökumətinin satınalma portalını araşdıraraq məlumat yayıb.
Portalın məlumatına görə, ABŞ Ordusu Logistika Komandanlığı Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan Ermənistandakı Zar bazasına texnika daşımağı planlaşdırır.
Transfer iyulun 16-dan avqustun 7-dək baş tutacaq. Almaniyaya qayıdış nəqliyyat xidmətlərinin göstərilməsi üzrə tenderdə göstərildiyi kimi 21 avqust - 20 sentyabr 2025-ci il tarixləri üçün nəzərdə tutulub.
Müqavilə Ermənistanın Armavir poliqonundan Gürcüstanın Poti limanına avadanlığın daşınmasını da nəzərdə tutur.
Ümumilikdə, nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla 151 ədəd texnikanın daşınması planlaşdırılır.
Turan İSMAYIL