Azərbaycan ordusunun mövqeləri atəşə TUTULDU

 20:37 19.03.2025     126

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.