"Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”

 12:04 09.04.2025     600

“Ölkənin hərbi prokuroru kimi səlahiyyət müddətim başa çatmışdı. Ona görə də mənim təqaüdə yola salınmağım gözlənilməz olmadı”.

Redaktor.az xəbər verir ki, bunu gununsesi.info-ya  açıqlamasında dünən təqaüdə göndərilən hərbi prokuror Xanlar Vəliyev bildirib.

Konstitusiya Məhkəməsinə hakim göndəriləcəyinə dair yazılanlara gəlincə, Xanlar Vəliyev “Mən əsgərəm. Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”, - deyib.