Nazir müavini Şirvandan Salyana rəis GÖNDƏRDİ

 16:36 22.04.2025     951

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib. 

Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. 

Nazirin əmri ilə polkovnik-leytenant Vüsal Yolçiyev Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub. 

Qeyd edək ki, Vüsal Yolçiyev bundan əvvəl Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini idi.

Vumart və Güvən reklamı Vumart Güvən