Azərbaycan və Çin hərbi sahədə də əməkdaşlıq edə bilər - Ekspert detalları AÇIQLADI

“Uzun müddətdir ki, Azərbaycan Ordusu ilə Çin Xalq Azadlıq Ordusunun arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlıq davam edir”.
Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun silahlanmasında Çin istehsalı olan bəzi silah və avadanlıqlar yer almaqdadır:
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulmasından sonra təbii ki, tərəflərin hərbi sahədə də əməkdaşlığı artan dinamika nümayiş etdirəcəyi tamamilə gözləniləndir.
Tərəflər regional və qlobal təhlükəsizlik sahəsində də sıx əlaqə və koordinasiya yaradacaq, qarşılıqlı etimadı da möhkəmləndirməyə yönəlik addımlar atacaqlar. Azərbaycan şirkətləri ilə Çin şirkətlərinin birgə fəaliyyəti də gələcəkdə daha da güclənəcək və bu da hər iki tərəfin müdafiə potensialını gücləndirməsinə öz müsbət təsirini göstərəcək”.
Vasif ƏLİHÜSEYN