Müdafiə Nazirliyinin hərbçilərinin maaşları ilə bağlı yeni QƏRAR

 14:17 28.04.2025     693

Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də təsdiq edilib.

Bundan əlavə, eyni qərarla Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri də təsdiq edilib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.